Murad Arif, Hüsniyə Məhərrəmova
08 may 2021 14:10 (UTC +04:00)

Murad Arif, Hüsniyə Məhərrəmova

“Eurovision-2021”in Azərbaycan üzrə şərhçiləri AÇIQLANDI

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsində şərhçilərin adını açıqlayıb.

Şirkətdən Lent.az-a verilən məlumata görə, İctimai Televiziyanın efirində canlı yayımlanacaq mahnı şousunun Azərbaycan üzrə şərhçiləri müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq.

Qeyd edək ki, Murad Arif bundan əvvəl də müsabiqənin şərhçisi, Hüsniyə Məhərrəmova isə müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri olub.

“Open up!” şüarı ilə reallaşacaq müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək.

“Eurovision-2021”də təmsilçimiz Efendi “Mata Hari” mahnısı ilə birinci yarımfinalda çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2370
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar