“Əqrəb mövsümü”nün rejissoru deputata cavab verdi: “Burda nə var ki?”
14 aprel 2023 15:33 (UTC +04:00)

“Əqrəb mövsümü”nün rejissoru deputata cavab verdi: “Burda nə var ki?”

0

“Qanunun tələbləri yerinə yetirilmir, tütün məmulatlarından istifadə açıq şəkildə təbliğ edilir. Məsələn, bu yaxınlarda ən çox müzakirə mövzusu olan “Əqrəb mövsümü” serialında tütündən istifadə prosesi özünün kulminasiya nöqtəsinə çatmışdı. Xəbərdaredici hissə əvvəldə qeyd olunsa da, dərhal yaddan çıxır”.

Lent.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Mədəniyyət Komitəsinin aprelin 14-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı səsləndirib.

O televiziya məkanında tütündən istifadənin qadağan edildiyini yada salıb.

“Əqrəb mövsümü” serialının rejissoru Emil Quliyev deputatın dediklərini müəyyən qədər haqlı hesab eləsə də, bunun sənət naminə edildiyini bildirib.

“Mən adətən seçimi aktyorlara verirəm. Aktyorun oyununa görə, siqaretdən istifadəyə yer verilir. Aktyorun obrazı daha canlı verə bilməsi üçün. Filmdə aktyorun siqaret çəkməsi təkcə bizdə görünməyib. Sovet dövründə filmlərdə siqaret görünmürdümü? Burda nə var ki?  Məndən olsa, deyərəm olmasın. Aktyor obrazı açmaq üçün siqaretdən istifadə eləmək istəmirsə məcburiyyət yoxdur. İnsanlar həyatda siqaret çəkmirlər? Aktyr da adi insan həyatını təsvir edir. Biri çəkir, biri çəkmir. Şerlok Holms siqaret çəkmirdi? Uşaqlıqdan bizə filmlərdə siqaret göstərmyiblər? Elə bizim filmdə bu təbliğat sayıldı? Mən filmdə obrazın xarakterini açmaq üçün siqaret çəkilməsini təbliğat hesab eləmirəm”,- deyə o bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2462

Oxşar yazılar