“Əqrəb mövsümü” teleserialı ilə bu günlərdə adı çox hallanan aktyor Azər Aydəmir də Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Kino İttifaqdan (ARKİ) istefa verib.
Bu barədə Lent.az-a danışan Azər Aydəmir bildirib ki, ittifaqdan əslində dünən yox, bir müddət öncə ayrılıb.
“AzTV-nin efirində vəsiqəmi atmışdım. Mənasız, kağız üzərində ölü qurumdur. Heç bir fəaliyyəti və faydası yoxdur. Oranın üzvü olub olmamaq heç nəyi dəyişmir”, deyən aktyor bildirib ki, indən belə heç bir kino ittifaqın üzvü olmaq istəmir.
Bir neçə kəlmə ”Əqrəb mövsümü”ndən danışan aktyor bildirib ki, filmin ssenarisini “Əqrəb” kitabının motivləri əsasında o yazıb və baş rolu özü ifa edir. “Film əslində 2 il öncə, 2021-ci ilin yayında çəkilmişdi. Sadəcə ortaya pandemiya düşdüyünə görə gec yayımlanmasına qərar verildi”, - deyə o qeyd edib.