Əməkdar artist Elşən Cəbrayıloğlunun ad günüdür. Bu gün 46 yaşını qeyd edən Elşən yaşına rəğmən çox gənc görünməsindən məmnun olduluğunu deyib.
Lent.az-a açıqlama verən aktyor ad gününü ailəsi ilə qeyd edəcəyini bildirərək, bacısından çox xoş sürpriz aldığını bildirib.
“Çox əziz bacım var. Ad günümdə Almaniyadan gələrək mənə çox gözəl sürpriz etdi. Onun gəlişi ən böyük hədiyyəmdir”,- deyən aktyor bildirib ki, ailəsinin içərisinə yad adamları buraxmır.
“Ona görə ad günümü ailə içində qeyd edəcəm. Bir də dostumu ailəsi ilə birlikdə dəvət etmişəm”, - o qeyd edib.
Ad günündə özünə yalnız cansağlığı arzulayan Əməkdar artist aktyor kimi ömründən və yaşadıqlarından məmnun olduğunu bildirib: “Özümə sağlam can, hüzurlu ailə və övladlarımın xoş günlərini görməyi arzu edirəm”