Əməkdar artist Nigar Şabanova bir çoxlarının yas məclisinə gedərkən parlaq makiyajdan istifadə etməsini tənqid edib.
Lent.az-ın xəbərinə görə, xanəndə bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
"Çox maraqlıdır, yas mərasiminə gələn qadınlar, qızlar, zənan xeylaqları niyə ful makiyaj edirlər. Ölüyəmi sevinirlər, yasın keçirilməyinəmi...
Öz əzizləri ölsə, görəsən, belə makiyajla gələnə necə baxarlar? Necə qəbul edərlər? Allah hamıya vicdan, iman, qorxu hiss etməyi nəsib etsin. Allah hamının ölənlərinə rəhmət eləsin".
Nigar Şabanova tez-tez keçirdiyi estetik əməliyyatlarla gündəmə gəlir.