Elvis  öldü, yoxsa yoxa çıxdı? - Hələ də cavabsız qalan sual
10 yanvar 2023 14:24 (UTC +04:00)

Elvis öldü, yoxsa yoxa çıxdı? - Hələ də cavabsız qalan sual

 İnsanlara rok-n-rollu bəxş edən, musiqidə inqilab edən, konservativ insanları epotajlı nəslə çevirən Elvis Preslinin yaşasaydı, 88 yaşı tamam olacaqdı.

0,1977-ci ildə 42 yaşında həyata vida etsə də, heç kim ölümünə inanmadı. Bunun qurama olduğunu düşündülər. Beləcə Elvis əbədiyaşar statusu aldı. Bu gün dünyada əsas fəaliyyəti Elvisi təqlid etmək olan 84 min ifaçı var.

Bəziləri iddia edirlər ki, Presli hakimiyyətin mafiyanı aşkar etmək üçün gizli agenti olub və missiyası başa çatandan sonra yoxa çıxıb. Onun sağ olduğunu iddia edənlərin xeyli “sübutu” var. Bununla bağlı bir neçə kitab yazılıb, haqqında çəkilmiş filmlərdə həmin iddialar yer alıb. 

Lent.az Elvis Presli barədə maraqlı faktları diqqətinizə çatdırır.

Elvis Aron Presli 1935-ci il yanvarın 8-də ( İddialara görə o ad gününü nədənsə yanvarın 10 da qeyd edirmiş)  Missisipi ştatının kiçicik Tyupelo şəhərində doğulub. Atası Vernon içki aludəçisi idi. Elvisin 3 yaşı olanda atası həbsxanaya düşüb. Elvis anası ilə bir yerdə sərgərdan həyatı yaşayıb, dilənçilik edib. 

Elvisin adı Skandinaviya mənşəli “alviss” sözündən götürülüb. 1950-ci illərdə Elvis adı məşhurlaşanda, insanlar onun qəribə adından təəccüblənirdilər. O özünə Bibliyadan gələn Aaron adını götürmək istəyirdi, lakin buna zaman tapa bilmədi.

Uşaqkən dostları ona oxumamağı tövsiyə edirdilər, deyirdilər çox zəhlətökən səsi var. Məktəbi bitirdikdən sonra həftədə 45 dollar  maaşla zibildaşıyan, sonra sürücü işləyib. 

Sənət yolu təsadüfən başlayıb. Anasının ad günündə “Sun Records” şirkətinə gedib, anası üçün bir neçə mahnı oxuyub. Şirkət sahibi gənc oğlanın səsini bəyənib, dərhal ona iş təklifi edib. Beləcə dünyaya bir ulduz gəlib. Elvis ilk böyük qonorarı ilə anasına çəhrayı rəngli “Kadillak” markalı avtomobil hədiyyə edib. O bu  avtomobilləri çox sevirdi və sonralar eyni markalı avtomobillərin kolleksiyasını toplamağa başlamışdı.

Hər kəs onun mahnı bəstələdiyini düşünsə də o, musiqi yazmırdı, sadəcə möhtəşəm ifa edirdi. Elvis həm müğənni, həm aktyor, həm də gözəl şoumen idi.

Hər zaman qara saçlarla gördüyümüz Elvis əslində kürən idi. Efirdə mavi gözləri daha effektiv görünsün deyə, saçlarını qaraya boyamışdı.

Filmə çəkilməyi və ümumiyyətlə kinonu sevirdi. Bəzən kinoteatra gedib bütün seansın biletlərini alır, təkbaşına səhərə qədər filmlərə baxırdı. Kinoteatr bir tək ona xidmət edirdi. Elvis ömrü boyu 31 filmə çəkilmişdi.

Çox səxavətli olduğu deyilir. Bir dəfə öz sürücüsünə limuzin bağışlayıbmış.

1955-ci ildən məşhurlaşsa da 1958-ci ildə orduya hərbi xidmətə çağırılır. Bu onun pərəstişkarlarının qəzəbinə səbəb olsa da, o fanatlarının və jurnlistlərin müşaiyəti ilə hərbi xidmətə yollanır və 2 il  nümunəvi şəkildə xidmət etdi.

Müğəni öz gələcək arvadı ilə Almaniyada hərbi xidmətdə olarkən tanış olmuşdu. O zaman Elvisin 24, qızın 14 yaşı vardı. 8 il sonra ailə qurdular, 6 il birlikdə yaşadıqdan sonra boşandılar.

Elvisin qızı Liza Mariya bir müddət pop kralı Mayk Cesonla evli olub, ayrıldıqdan sonra Hollivud ulduzu Nikolas Keyclə evlənib. Lakin bu nikah da uzunömürlü olmayıb. Mayk Cekson ömrünün sonuna qədər özünü Elvisin kürəkəni adlandırırdı.

Presli ABŞ-ın ilk prezidenti Avraam Linkolnun uzaq qohumu idi. Dünya şöhrətli ulduz olsa da, o qonşu Kanada istisna olmaqla heç bir ölkədə konsert verməyib.

O, karate üzrə qara kəmər sahibi idi.

Bir dəfə konserti zamanı çılğın qadın fanatlarından biri onun köynəyini cırmış, ayaqqabılarını gəmirmişdi.

Tez-tez eynəklə tamaşaçı qarşısına çıxırdı. Lakin bunu dəb xatirinə etmirdi, sol gözündə qlaukoma xəstəliyi var idi.

Elvisdən sonra tamaşaçı qarşısına  eynəklə çıxmaq dəbi yarandı.

 Çox yaraşıqlı kişi olmasına baxmayaraq, kompleksləri var idi, rinoplastika və 2 dəfə üz gərdirmə əməliyyatları etdirmişdi.
Ömrünün son illərində o sui-qəsd ehtimallarından qorxmağa başlamışdı və özünün epotajlı, təmtəraqlı səhnə geyimlərinin altından mütləq zirehli jilet geyinirdi.

 Daha bir maraqlı fakt budur ki, ilk mühafizçi ilə gəzən sənətkar da Elvis Presli olub. O mühafizə xidmətini təşkil edən Uels qardaşlarına özü döyüş dərsləri, mühafizənin incəlikləri barədə məlumat vermişdi. Elvisdən sonra qardaşlar özləri döyüş dərsləri verən məktəb açdılar. Hollivud ulduzu Çak Norres bu məktəbin yetirməsiydi.

Qəlbləri Rock n Roll hitləri ilə fəth etməsinə baxmayaraq,  Presli   “Grammy” mükafatını "ən yaxşı dini ifa" nominasiyasında  janrında yazılmılş “How Great Thou Art” albomu ilə qazanmışdı.

Şöhrətinin zirvəsindəykən Elvis narkotiklərə və medikamentoz preparatlara meyl göstərməyə başladı.  Bu həvəs onu ölümə sürüklədi. Presli narkotiklərin təsiri ilə həddən artıq kilo almış və eybəcər hala düşmüşdü. İndiki lent yazılarına baxanda onun 42 yaşda olmasına inanmaq çətindir.

 Rock-n-Roll kralı 1977-ci ilin 15 avqust tarixindən dünyadan köçüb. Araşdırma zamanı onun qanında 10 növ narkotik maddə aşkar edilmişdi.

 Kral 42 yaşında artıq dozada  narkotik qəbulunun təsiri ilə ürək dayanmasından öldü. 70-ci illərdə tibb indiki səviyyədə deyildi və həkimlər narkotik tərkibli dərmanları ona konfet əvəzi yazırdılar. Ömrünün son 8 ayında Elvis 10000 dozadan çox yuxu dərmanları, amftaminlər və narkotik maddələr qəbul etmişdi.

“Forbes” jurnalına görə Elvis Presli ölümüdən sonra ən çox pul qazanan məşhurlar siyahısının liderlərindəndir. 2016-cı ildə onun disklərinin satışından 27 milyor dollar gəlir əldə edilib. Bu siyahıda Elvisə Maykl Cekson və Elizabet Teylor qonşuluq edir.

Yaşadığı ev ən çox ziyarətçi qəbul edən məkandır. Hər il yarım milyon insan Elvisin evini görməyə gəlir və bu Ağ Evə gələn ziyarətçilərin sayından daha çoxdur.

“SoundExchange” agentliyinin apardığı tədqiqatlara görə, Elvis son on ildə internet  saytlarında  axtarılan və ən çox dinlənilən müğənnidir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2358
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar