Əl yuyulanda günahlar təmizlənir? - Belə yaranıb
06 dekabr 2022 17:56 (UTC +04:00)

Əl yuyulanda günahlar təmizlənir? - Belə yaranıb

El dilində “Sən sarıdan əlimi yuyum” şəklində  qəribə bir bəddua gəzir. "Əlini qana bulamaq", "Günahlarını suyla axıtmaq" kimi ifadələrin mənası əslində göründüyündən mürəkkəbdir.  Qəribə və çox qədim tarixçəsi var. Yaxın outrun, siz də öyrənin.

Lent.az “Belə yaranıb” rubrikasında təqdim edir:

Qədim insanlar müəyyən işdə iştirak etmədiklərini, günahkar olmadıqlarını bildirmək üçün hər kəsin gözü önündə əlləri yuma ritualını həyata keçirərdilər.

“Avesta”ya görə, ölüm pisliyin bədəndə təntənəsi deməkdir.

"İncil"ə əsasən, hökmdar Pilat İsa peyğəmbəri edam etmək üçün camaata verib, hamının qarşısında əllərini yuyaraq bu işdə günahkar olmadığını bildirir. 

İndi də bəzi yerlərdə meyit basdırandan sonra əllərini yuyar və  bununla mərhumun ölməsində günahkar olmadıqlarını nümayiş etdirirlər. Bu ənənə bir müddət Azərbaycanın müxtəlif bölgələrində də qorunurdu.

Qədim yəhudi və latın xalqlarında belə bir adət var idi: hakimlər bir işə baxarkən əllərini yuyar, beləliklə, müəyyən qərar çıxararkən qərəzsiz olacaqlarını bildirirdilər.

Qədim yunanlar günahlardan təmizlənmək üçün caninin əllərini donuzun qanına bulayır və sonra qanı silib təmizləyirdilər. Bundan sonra isə qurban və dua vasitəsilə allahı rəhmə gətirirdilər. Cani bağışlanardı.

Ölünün yuma ayini də buna görə icra edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar