Dünyaca məşhur aktrisa  vəfat etdi   - FOTO
12 oktyabr 2022 01:27 (UTC +04:00)

Dünyaca məşhur aktrisa vəfat etdi - FOTO

Dünyaca məşhur aktrisa Ancela Lensberi vəfat edib.

Lent.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə onun övladı məlumat yayıb.

Aktrisa Los-Ancelesdəki evində dünyasını dəyişib.

Ancela Lensberi daha çox “Murder, She Wrote” serialının ulduzu kimi tanınıb.

Bu ekran işində o, detektiv hekayələr yazan və polisə qatilləri tapmaqda kömək edən yazıçı Cessika Fletçer obrazını canlandırıb.

Bu rola görə o, dörd "Qızıl Qlobus" alıb və 12 dəfə "Emmi" mükafatına namizəd olub.

Sözügedən serial 1984-cü ildən 1996-cı ilə qədər yayımlanıb.

Aktrisanın digər məşhur filməri içərisində "Doriam Qreyin portreti", "Gastlight" filmləri də var.

Bu filmlərə görə o, "Oskar" mükafatına namizəd olub, lakin mükafatı ala bilməyib.

# 2547
avatar

Oxşar yazılar