Dünya şöhrətli müğənni öldü
05 sentyabr 2023 11:02 (UTC +04:00)

Dünya şöhrətli müğənni öldü

 “Şrek” cizgi filminin saundtreklərinin ifaçısı, "Smash Mouth" qrupunun keçmiş solisti Stiv Harvell 56 yaşında vəfat edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ifaçının bir neçə gün öncə korona virusa yaxalanması, bu səbəblə konsertinin təxirə düşməsi barədə élan yayılmışdı.  

O, evində ailəsi və dostları əhatəsində dünyasını dəyişib. Uzun illər alkoqol asılılığı ilə mübarizə aparan Stivə 2013-cü ildə ona kardiomiopatiya diaqnozu qoyulub və bu da digər xəstəliklərə yol açıb. Musiqiçinin ölümünə səbəb qaraciyər çatışmazlığı və bir sıra digər xəstəliklərin səbəb olduğu deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3057

Oxşar yazılar