Məşhur "Karvan" musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə Kərimovanın ailəsi və dostları sosial mediada məlumat veriblər. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Sevinc Kərimova uzun müddət ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bu yaxınlarda Bakıya qayıdıb.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sevinc Kərimova "Tərəqqi" medalı ilə təltif olunanlar arasında olub.