“Dodaqdan qəlbə” serialındakı rolum psixologiyamı pozdu. Bu filmdə ağladığım qədər ömrün boyu ağlamadım”.
Sözügedən serialın baş rol ifaçısı Aslı Tandoğan illər sonra bu etirafla diqqət çəkib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa 2007-2009-cu illərdə ekranlara çıxmış 75 bölümdən ibarət serialın çəkilişləri zamanı demək olar hər gün ağladığını qeyd edib.
“Lazım olmayan yerlərdə kövrəlib ağlayırdım, ağlamaq lazım gələndə göz yaşlarım quruyurdu, rejissor da mənə əsəbləşirdi. Gözəl ekran işi idi. Onu beş dəfə seyr edənlər var. Tamaşaçılardan yenə də müsbət rəylər alıram” deyə aktrisa bildirib.
Rəşad Nuri Güntəkinin eyniadlı romanı əsasında çəkilmiş bu serialda Aslı Lamiyə roluna həyat verib.