5 il öncə “Disney” studiyası yeni kreativ direktor seçərkən işlərin bu günkü həddə çatacağı gözlənilmirdi. Yeni kreativ direktorun gəlişi ilə filmlərə daha çox qara dərili aktyorlar, LGBT nümayəndələri dəvət almağa başladı, uşaqlar üçün çəkilmiş filmlərdə subliminal mesajlar ötürüldü.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yeni ideyalar həm də studiyaya milyonlarla dollar ziyan vurub.
Sindirella nağılında qadın feya yerinə qara bığlı feya (LGBT nümayəndəsi), Ağbəniz roluna mulat qız, qaradərili su pərisi kimi obrazlardan sonra Disney filmləri baxımsız oldu. Son 5 ildə çəkilmiş nağıl filmlərində şahzadə qızlara şahzadə oğlanlar lazım deyil, onlar güclüdürlər, şahzadə oğlanlar da elə sevgili olaraq şahzadə oğlan axtarışındadırlar. “Disney” uşaq aləmindən başlayan bu təbliğatla həm klassik bəşəri ənənələrə, həm də öz büdcəsinə zərbə vurdu. Buna görə “Disney”in kreativ direktoru işdən azad edilib. Görəsən növbəti ideyalar nə olacaq?