Xanəndə Dədə Süleyman (Süleyman Abdullayev) təcili xəstəxanaya yerləşdirilib.
Lent.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, xanəndənin vəziyyəti kritikdir:
"Verdiyimiz sözə əməl etdik və Dədə Süleymanı xəstəxanaya yerləşdirdik. Düzdür, 83 yaşlı sənətkarın evdən çıxarılması çox riskli idi. Hətta bəziləri bunun mümkünsüz olduğunu deyirdi. Biz bunu qardaşım, Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayevlə bir daha sübut etdik. Hazırda xanəndə həyatla mücadilə aparır, ayağı qanqrena olub. Vəziyyəti kritikdir. Amma Allahdan ümid heç vaxt üzülməz. Dədə Süleyman üçün çoxlu dua edək. Çünki insan hər yaşda yaşamaq istəyir".
Qeyd edək ki, uzun illərdir şəkər xəstəlikdən əziyyət çəkir.