Martın 2-də Emil Quliyevin “Pərdə arxası: Mən burda tək olmuşam” adlı bədii film ekranlara çıxacaq.
Filmin yaradıcı heyətindən Lent.az-a verilən məlumata görə, qalmaqallı süjet xəttinə malik ekran işində Hikmət Rəhimov, Azər Aydəmir, Zemfira Əbdülsəmədova, Arzu Abdulova, Nəsibə Eldarova kimi tanınmış aktyorlar baş rollarda oynayırlar.
“Qalmaqallı süjet xətti var. 18+ film kateqoriyasındadır. Bu filmi hər kəs özünə uyğun qavrayacaq. Geniş müzakirələrə səbəb olacağına əminik”, - Lent.az-a bildirilib.
Filmin qala gecəsi Nizami Kino Mərkəzində baş tutacaq.