Cüneyt Arkın taksi sürücüsünü niyə döydü?
05 sentyabr 2023 18:44 (UTC +04:00)

Cüneyt Arkın taksi sürücüsünü niyə döydü?

 Lent.az “Ömrün bi anı” rubrikasında məşhurlarla bağlı maraqlı xatirələri paylaşmaqda davam edir.

Türkiyənin məşhur kino ulduzu, “Yeşil Cam”ın əfsanəvi aktyorlarından biri Cüneyt Arkın verdiyi müsahibələrindən birində belə danışmışdı.

“Çəkilişə gecikirdim. Bir taksiyə oturdum. Taksi sürücüsü orta yaşlarda bir adam idi. Tələsirdim, “abi, bir az sürətli sür” desəm də, dediklərimi eyninə almırdı. Çox asta sürətlə getməyə davam edirdi.

Qabağımızda yol boş olsa da, hərəkət etmirdi. Bir neçə dəfə tələsdirsəm də, adam öz bildiyi kimi davam etdi, səbrim tükənmək üzrə idi. Qabağımıza bir maşın keçdi. O da asta sürür, yol vermir, mən öz səbirli sürücümün yerinə əlimi atdım sükana, siqnal verdim. Bunu edən kimi taksi sürücü mənə çox ağır söyüşlər söydü, anamı, bacımı təhqir etdi. Maşını dayandırdı, avtomobildən düşdük. Sürücü mənimlə döyüşməyə hazırlaşırdı. Karate fəndi ilə onu bir yumruqla yerə sərdim. Ayılıb gözünü açdı, diqqətlə üzümə baxdı. Heyrətlə baxıb “Cüneyt bəy, sən həqiqətən karate bilirsənmiş. Qəsdən səninlə dava etdim, döyüşdüyünü bilmirdim, niyyətim səni döymək idi” dedi. Tələsirdim, başqa taksini haradan tapacam, yenidən onun maşınına minib yola davam etdik. Karyeram boyunca döyüş filmlərindəki səhnələrimə görə, məni döymək istəyən kişilərin sayı çox olub. Yəqin məni döyüb, xanımlarının yanında Cüneyti döydüm deyib, hava atacaqdılar”,- deyə aktyor xatirəsini bölüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3184

Oxşar yazılar