“Çöp adam”ın  dəli “Pəri”si - Elçin Sangu haqqında maraqlı faktlar
24 yanvar 2023 13:52 (UTC +04:00)

“Çöp adam”ın dəli “Pəri”si - Elçin Sangu haqqında maraqlı faktlar

Azərbaycanlıların da maraqla izlədiyi Star TV efirində yayımlanan “Çöp adam” serialı reytinq cədvəllərində ön sıralarda dayanır. 

Lent.az xəbər verir ki, baş rollarında Engin Altan Düzyatan və Elçin Sangunun rol aldığı bu ekran işi psixoloji dram janrında çəkilib. Keçmişin yaralarını daşıyan iki psixoloji problemli adam bir-biri ilə qarşılaşır və münasibətləri ağrılı bir sevgiyə dönür.

Gözəlliyi ilə hər zaman diqqət mərkəzində olan aktrisa Elçin Sangunun şəxsi həyatı həmişə tamaşaçıları maraqlandırır. Bəs o kimdir?

Elçin Sangu 1985-ci ildə İzmirdə doğulub. Opera sənəti üzrə ali təhsil alıb. Bir neçə epizodik rolda çəkilsə də, “Kiralık aşk” serialındakı rolu ilə populyarlaşıb. Özü dediyinə görə, əslən qaradənizlidir, laz qızıdır. Laz qızı olması onun xarakterində inadkarlıq, tərslik kimi bir iz buraxıb.

 İstənilən obrazı yaratmaq istedadına sahib olsa da, seçicidir, hətta ona məşhurluq gətirmiş “Kiralık aşk” serialına çəkilmək istəməyib, onu xeyli dilə tutublar.

Açıq-saçıq rollara çəkilmir, ekranda çılpaq görünmək əsla istəmir. Özü haqqında danışarkən “çox deyingən, əyləncəli, normal olmayan biriyəm” deyib. Deyib ki, bığlı və ciddi olmayan kişilərə nifrət edir, yatmağı sevir, onu yuxudan vaxtsız oyadan adamı hətta döyə bilər. Sevdiyi mahnını gün içində 100 dəfələrlə dinləmək kimi anormal bir xarakteri də var.

 Intagram sosial şəbəkəsində 8,3 milyon izləyicisi var. Dediyinə görə, uşaq olarkən çirkin və çox qıcıq bir qız olub.

Elçin 11 ildir Yunus Özdiken adlı bir iş adamı ilə birlikdə yaşayır. Eşq həyatını kameralardan uzaq və gizli saxlamağa üstünlük verir. Hələlik evlənmək barədə də düşünmür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 44667
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar