Cəsarət haqqında 20 aforizm
05 sentyabr 2024 13:29 (UTC +04:00)

Cəsarət haqqında 20 aforizm

Cəsarət haqqında 20 aforizm.

Lent.az cəsarət haqqında deyilmiş ən gözəl aforizmləri təqdim edir. Onların içərisindən 20 ən gözəlini seçməyi sizin öhdənizə buraxırıq.

Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
Cəsarət ayağa qalxıb danışa bilmək olduğu kimi; cəsarət eyni zamanda oturub dinləməyi də bilməkdir. Uinston Çörçill
Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
Cəsarət elə bir fəzilətdir ki, bütün insanlar onun ləzzətini dadmalıdırlar. S.Smayls
Cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi, mükəmməl iradə qüvvəsidir. S.Smayls
Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir. Uinston Çörçill
Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır (Yavuz Sultan Səlim)
Cəsarət - qəhrəmanlığın aynasıdır. Türk atalar sözü.
•Cəsarət qüvvətlə birləşəndə bir az artar. Aristotel
•    Cəsarəti dəstəkləməyin özü də cəsarətdir. Karl Veber
•    Cəsarətin bitdiyi yerdə əsarət başlayır Azərbaycan atalar sözləri/C
•    Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur. Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb. Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır. Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər. Mark Tulli Siseron

•    İt cəsarətliyə hürər, qorxağı qapar. Rus atalar sözləri
•    Qəlbində əsil inam və cəsarəti olan her zaman qalib gəlir. Əmir Xan
Pis tərbiyə almış adamda cəsarət kobudluğa, alimlik pedantizmə, məzəlilik oyunbazlığa, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilər. 
•    Uğur çox zaman cəsarətli insanlara xas bir şeydir, nadir hallarda çəkinən və nəticələrdən qorxanlar uğur qazana bilər. Cəvahirləl Nehru

Fələklərə yüksəldər, hünər cəsarət səni,
Hünərsiz alçalarsan, tapar rəzalət səni.
 
Cəsarət səni qalxıb sözünü deməyə vadar edən şeydir; cəsarət həm də səni oturub dinləməyə məcbur edəndir.
 
Uğur hələ son deyil. Məğlubiyyət ölümcül deyil. Əsas olan əzmlə davam etməyə cəsarətdir
Çörçill

Bu gün cəsarətsizlikdən edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən. Cəsarət, təhlükə qarşısında ağlın və zəkanın istifadə olunmasıdır.- Platon

Uğurun dörd şərti; bilmək, istəmək, cəsarət etmək və susmaqdır.- Axel Munthe
 
Cəsarət yaxşı şeydir, lakin ölülərin işinə yaramaz.- Aristophanes
 
Böyük işlər görmək üçün bilik və cəsarət lazımdır.- Baltasar Gracian
 
Kişi cəsarətini əmr etməklə, qadınsa itaət etməklə göstərir.- Aristotel
 
Onların arxasınca gedəcək cəsarətiniz varsa, bütün yuxular reallaşa bilər.- Walt Disney
 
Bir insan bütün diqqət və gücünü nəyə sərf edərsə, ilahi təqdir də o istiqamətdə hərəkət edəcəkdir. Bütün hadisələr digər baş vermiş bir hadisəni dəstəkləmək üçün əmələ gəlir və əks təqdirdə heç bir vaxt üzə çıxmaz. Bir axarsu boyunca əmələ gələn bütün proses və hadisələr sadəcə bir qərardan doğur. Heçbir insanın xəyal edəməyəcəyi bütün gözlənilməz vəziyyətlər, hadisələr  və maddi dəstək bu şəkildə əldə edilə bilər. Əlinizdən gələni və xəyal edə biləcəyiniz hər şeyi həyata keçirməyə indi, bu andaca başlayın. Cəsarət, ağıl, güc və ovsunu da içində saxlayır. Elə indi başlayın.- Johann Wolfgang von Goethe.
 
Azadlıq, onu müdafiə etmək cəsarətini daşıyanlarındır.- Pericles

Taleh qadın kimidir, sərtliyə və cəsarətə boyun əyər.- Niccolo Machiavelli
 
Taleh, cəsarətli və təşəbbüskar olanlara gülərüz göstərər.- Desiderus Eramus
 
Dua iki şəkildə həyata keçər: ya bizi qorxudan şeyi ortadan qaldırar, yaxud da onu məğlub etməyimiz üçün bizə güc və cəsarət verər.- H.E.Posdick
 
Axmaq görünməyə cəsarət etmək böyük bir ağıllılıqdır.- Andre Gide
 
Cəsarətin varsa, arxasından söylədiyini üzünə söylə!- Henry Coldervood
 
Acı çəkmək, ölməkdən daha çox cəsarət istəyir.- Napaleon Bonopart
 
Doğru olan şeyi görmək, lakin bunu etməmək cəsarətsizlikdir.- Konfutsi
 
Heç bir şeyə cəsarət edə bilməyən, heç bir şeyə ümüd bəsləməsin.- Schiller
 
Ey Tanrım, “Mənə dəyişdirəbiləcək şeyləri, dəyişdirəcək cəsarəti, dəyişdirilməyəcək və ya dəyişdirilməsinə ehtiyac olmayan şeyləri qəbul edəcək qüvvəti və bu iki ünsürü bir-birindən ayıra biləcək ağılı ver”.- Reader Giges
 
Ümidsizlik, qorxudan pişiyin itə hücüm etməsi kimi insanı cəsarətləndirir.- Solomon
 
Keçmişi xatırlayınca bəzən çox cəsarət göstərməyimə deyil, təhlükəni gözə almamış olduğuma təəssüflənirəm.- E.Boven
 
Sabahlar üçün insanların biraz qorxuları, biraz ümüdləri və biraz da cəsarətləri olmalıdır.- Johann Friedrich Von Schiller


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3843
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar