Məşhur aktyor İsmayıl Hacıoğlunun baş rolda oynadığı “Cem Karacanın göz yaşları” filminin çəkiliş qrupu məhkəməyə verilib.
Lent.az-ın xəbərinə görə, Cem Karacanın xanımı İlkim Karaca ondan icazə alınmadığı üçün çəkilişlərin dayandırılmasını tələb edib.
Filmin rejissoru bu filmi çəkmək üçün Cem Karacanın üçüncü xanımından olan oğlu Emrah Karacadan icazə alsa da, Cem Karacanın rəsmi mirasçısı beşinci arvadı İlkim Karaca olduğuna görə, bütün haqlar da ona aiddir.
Cem Karacanın beşinci və sonuncu arvadı İlkim xanım şəxsi həyatının ekranlaşdırılmasının əleyhinədir.