Cavanşir Quliyevdən xəstəliyi ilə bağlı xəbərə AYDINLIQ
13 fevral 2023 15:37 (UTC +04:00)

Cavanşir Quliyevdən xəstəliyi ilə bağlı xəbərə AYDINLIQ

 Bəzi saytlarda tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin xəstə olması barədə xəbərlər çıxıb. Son dəfə Xalq artisti Aygün Kazımovanın ad günündə görüntülənən bəstəkarın burnunun üstünə yara bandı yapışdırması marağa səbəb olub və bunu xoşagəlməz şəkildə onun hansısa gizli xəstəliyinin əlaməti kimi qələmə veriblər. Cavanşir Quliyevin səhhəti ilə maraqlandıq.

 Lent.az-a açıqlama verən bəstəkar bildirdi ki, özünü çox yaxşı hiss edir və hazırda iş başındadır.

“Bəzi jurnalistlər xəbər tapmayan kimi  kimisə ya “xəstələndirir”, ya da “öldürürlər”. Burnumdan “pirişik” ( civzə)  çıxıb. Onu  ağır xəstəlik kimi qləmə verirlər, xəbər ediblər”,- deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3321
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar