Məşhur komediya ustası Çarli Çaplinin nəvəsi, ispan əsilli britaniyalı aktrisa Uona Çaplin “Avatar” filminin üçüncü hissəsində baş rolda çəkiləcək.
Lent.az xəbər verir ki, bu barədə “Avatar: Suyun Yolu” filminin prodüseri Con Landau məlumat yayıb.
Aktrisa Navi atəş qəbiləsinin başçısı olan "Varanq" obrazını canlandıracaq. Bu personaj aborigen tayfasının digər nümayəndələrinə nisbətən daha mənfi fiqur olacaq.
Qeyd edək ki, Uona Çaplin "Sherlock", "Taboo" və s. kimi filmlərdə çəkilib.