Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov işdən çıxarılıb.
Mədəniyyət Nazirliyindən Lent.az-a verilən məlumata görə, Akif Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb və onun yaş həddinə görə, müqavilə yenilənməyib.
Akif Məlikovun müavini xəbəri təkzib etsə də, nazirlik məlumatı təsdiqləyib.
Xəbər ilk dəfə “Report”da yayımlanıb.