Xalq artisti Gülyanaq Məmmədova ötən gün dünyasını dəyişən həmkarı Yalçın Rzazadə barədə danışıb.
Lent.az-ın məlumatına görə, G. Məmmədova bu sözləri deyib :
"Hər zaman nəğmələri ilə qəlbimizdə yaşayacaq. Bu incəsənətimiz üçün ağır itkidir. Biz onun ifaları ilə böyüdük. Onun mahnılarına mən də Gülyaz xanım da müraciət etmişik. Türkiyəyə gedəndə ona dedim ki, sizi Bakıya qayıdanda özüm qarşılayacam. Allah məkanını cənnət eləsin".