Bu gün Niderlandın Rotterdam şəhərində “Avroviziya” mahnı müsabiqəsinin final mərhələsi baş tutacaq.
Lent.az məlumat verir ki, müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq və təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək.
Qeyd edək ki, birincilik uğrunda 26 ölkə mübarizə aparacaq. Onlar Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və Niderlanddır.