Beynəlxalq festivalın iştirakçıları leysanın girovuna çevrildilər
04 sentyabr 2023 17:25 (UTC +04:00)

Beynəlxalq festivalın iştirakçıları leysanın girovuna çevrildilər

Hər il 27 avqust - 4 sentyabr tarixlərində  ABŞ-da keçirilən “Burning Man” (Yanan adam - festivalın sonunda taxtadan düzəldilmiş adam heykəli yandırılıdığı üçün belə adlanır) incəsənət festivalının sonu yaxşı nəticələnməyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, on minlərlə insan yağan güclü leysan yağışları səbəbi ilə palçığın və suyun içərisində qalıb.

Festivalın keçirildiyi Blek Rok adlı şəhərciyə illik normanın üç qatı qədər yağıntı düşdüyünə görə, əraziyə gedən yollar bağlanıb. 70 min insan evinə qayıda bilmir. Ən yaxın asfalt yola çatmaq üçün iştirakçılar 45 saat palçığın içərisində yol getməlidirlər. 

Kəskin hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2833

Oxşar yazılar