Bakıda doğulan Xalq artisti vəfat etdi
23 dekabr 2023 16:03 (UTC +04:00)

Bakıda doğulan Xalq artisti vəfat etdi

Rus-sovet bəstəkarı, SSRİ Xalq artisti Murad Kajlayev vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının mədəniyyət naziri Zarema Butayeva Telegram kanalında məlumat verib.

“Hörmətli maestromuz, SSRİ Xalq artisti, Rusiya Federasiyasının Əmək Qəhrəmanı, sovet və rus bəstəkarı, dirijor, pedaqoq, ictimai xadim Murad Maqomedoviç Kajlayev 93 yaşında dünyasını dəyişib”, nazir yazıb.

Kajlayev “Dağ qadını” (1975), “Mənim məhəbbətim, kədərim” (1978), “Kubaçı qolbağının sirri” (1982) və başqa filmlərə musiqi bəstələyib. Bundan əlavə, 2016-cı ildə Dağıstan Respublikası filminin musiqisini yazıb.

Murad Kajlayev 1931-ci il yanvarın 15-də Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Artıq tələbəlik illərində Kajlayev SSRİ Bəstəkarlar İttifaqına qəbul edilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4713
avatar

Oxşar yazılar