Heykəltəraş Namiq Hüseynov və Kənan Əliyev "Danışan əllər" adlı maraqlı layihə hazırlayıb.
Lent.az-ın məlumatına görə, layihəyə əsasən, tanınmış sənətkarların əlləri heykəl formasında əbədiləşdirilərək saxlanılacaq.
Bu günə qədər ondan çox incəsənət xadiminin əli öz hekayəsini “danışıb”. Əlləri əbədiləşdirilənlər arasında Xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova, Ramiz Həsənoğlu, Səyavuş Kərimi, şair Ramiz Rövşən, bəstəkar Cavanşir Quliyev, yazıçı Elçin,, fotoqraf Reza Deqati və başqaları var.
Əllərin hər biri öz sahibinin sənətini əks etdirəcək formada təsvir olunub.