Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub.
Bu barədə APA-ya onun oğlu Rövşən Quliyev məlumat verib.
O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib: “Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.