Dünyanın ən nüfuzlu kino mükafatı olan “Oskar”ı bir zamanlar azərbaycanlı tələbə də qazanıb. Bu barədə bəlkə də çoxlarının xəbəri yoxdur. Çünki film demək olar ki, efirlərdə nümayiş etdirilmir və unudulub.
Lent.az həmin film barədə məlumatı təqdim edir.
2012-ci ildə çəkilmiş həmin film “Tabutçunun yelləncəyi” adlanır. Filmin rejissoru Elmar İmanovdur. Film lentə alınarkən Elmar İmanov Köln Kino Məktəbində təhsil alırdı və “Oskar”ın “Ən yaxşı xarici film” nominasiyasında bürünc mükafat qazanmışdı.
Psixoloji dram janrında çəkilmiş filmin süjet xətti bir-birləri ilə ünsiyyət qura bilməyən ata və oğulun daxili mübarizəsi üzərində qurulub. Ata bir gün oğlunun ölümcül xəstəliyə tutulduğunu öyrənir və münasibətlərini dəyişməyə çalışır.
Filmdə baş rollarda Kamil Süleymanov və Rasim Cəfər oynayıblar.