Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ
08 yanvar 2022 21:10 (UTC +04:00)

Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ

Əməkdar artist Novruz Qartal vəfat edib.

Bu barədə Lent.az-a mərhum aktyorun yaxınları məlumat verib. 

Tanınmış aktyor bu gün dünyasını dəyişib.

Xatırladaq ki, əməkdar artist bir müddətdir ki, xərçəng xəstəliyindən müalicə olunurdu.

Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub.  1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
O, "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları ifa edib.

Novruz Qartal Azərbaycanın əməkdar artisti fəxri adına və Prezident  Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!
 

# 4788
avatar

Oxşar yazılar