Azərbaycanda Milli Uşaq Televiziyası yaradılacaq - RƏSMİ
25 dekabr 2020 12:13 (UTC +04:00)

Azərbaycanda Milli Uşaq Televiziyası yaradılacaq - RƏSMİ

“Milli Uşaq Televiziyası yaradılması istiqamətində işlər gedir”.

Lent.az məlumat verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib. O qeyd edib ki, Türkiyənin telekanalı “TRT” bununla bağlı quruma ortaq bir iş təklif edib:

“Bunun gerçəkləşdirilməsi qısa müddətdə mümkün deyil. Bunun üçün ən az 3-4 il lazımdır. Uşaq televiziyası daha çox maliyyə və peşəkar komanda tələb edir. Biz Türkiyədən də, başqa ölkələrdən də cizgi filmləri ala bilərik. Ancaq öz filmlərimizin çəkilməsi bizim üçün daha önəmlidir.

Məsələn, “Lələtəpə” adlı cizgi filmi hazırladıq. 5 baldan maksimum balı verə bilməsək də, düşünürəm ki, 3 bal vermək mümkündür”.

# 1416
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar