Azadlıq haqqında 20 aforizm
15 sentyabr 2024 17:31 (UTC +04:00)

Azadlıq haqqında 20 aforizm

Lent.az azadlqı haqqında deyilmiş aforizmləri təqdim edir. Onların arasından 20 ən yaxşısını seçməyi sizin öhdənizə buraxırıq.

Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır – Heydər Əliyev.
 
“Azadlıq və sağlamlıq eyni şeydir – hər ikisinin qədrini itirəndə bilirsən”.
A.Bek
 
“Azadlıq istəməyən insan yoxdu: sadəcə, ədalətli adam onu hamı üçün, ədalətsiz isə yalnız özü üçün arzulayır”.
L.Byörne
 
“Azad insan külli-ixtiyar sahibi olmağa can atmaz. Azadlıq eyni ölçüdə həm ağalığa, həm də nökərliyə əks mövqedədir”.
M.Bontempelli
 
“Azadlıq nədən belə şirindir? Çünki o, nemətlərin ən dadlısıdır”.
F.Volter
 
“Nökər ağasız olsa belə, yenə azad deyil. Nökərlik onun canındadır”.
H.Heyne
 
“Kor-koranə azadlıq adama xeyirdən çox, zərər gətirir”.
A.Qraf
 
“Kölə ruhla azadlıqda olmaqdansa, azad ruhla məhbəsdə olmağa üstünlük verirəm”.
Y.Debs
 
“Azadlıq insanın gücünü və cəsarətini ikiqat artırır”.
Ş.Dümurye
 
“İstənilən növ imtiyaz azadlığa və ədalət hissinə qazılan qəbirdir”.
İ.Zeyme
 
“Əgər yalan danışa bilmirsənsə, deməli, azad insansan”.
A.Kamyu
 
“Azadlıq təbiətin insana verdiyi ən böyük nemətdir”.
Leonardo da Vinçi
 
“Azadlıq istənilən mülkiyyətdən, insan isə dollardan daha üstündür”.                                

“Qurdla quzunun azadlığı tamam fərqlidir. İnsan cəmiyyətində hökm sürən anlaşılmazlıqların məğzini də burada axtarmaq lazımdır”.
A.Linkoln
 
“Azadlığa qarşı çıxmaq zəiflik əlamətidir”.
D.Loyell
 
“Azad olmaq – hər şeydən əvvəl öz şəxsi məntiqinin əsirliyindən yeganə xilas yoludur”.
A.Monterlan
 
“Azadlıq – başqa nemətlərdən istifadə etməyə imkan yaradan nemətdir”.             

“Azadlıq – qanunun imkan verdiyi hər şeydən istifadə haqqıdır”.
Ş.Monteskyö

“Azadlıq – ruhumun ilahi qidasıdır”.
Ş.Petefi
 
“Ah, azadlıq, ömrümün rahatlığı! Sənsiz istənilən iş işgəncə, həyat  gün-gün uzanan ölümdür”.
P.Prudon
 
“Azad olmaq istəyən insan artıq azaddır”.
J.Russo
 
“Ən azad insan hətta köləlikdə belə azad olmağı bacarandır”.
B.Fontenel
 
“Qəribədir ki, azadlıq hissinə ən dözümsüz insanlar onu bağıra-bağıra tələb edənlərdir”.
F.Çesterfild
 
“Azadlıq məsuliyyət deməkdir”.
B.Şou
 
“Digərlərini əsarətdə saxlayan xalq heç vaxt özünü azad hiss edə bilməz”.
F.Engels
 
“Dünyada insan düşüncəsi qədər azad heç nə yoxdur”.
D.Yum

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir – Heydər Əliyev.

Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur – M.İ.Kalinin

Yalnız azad millətin milli xarakteri ola bilər – Jermena de Stal.

Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır.– Naməlum

Azadlıqdan imtina etmək insani ləyaqətdən imtina etmək deməkdir – Jan Jak Russo

Azadlıq heç vaxt “hər istədiyini etmə icazəsi” anlamını daşımayıb – Mahatma Qandi

Azadlıq dərk olunmuş zərurətdir – Benedikt Spinoza.

Haqqın qulu hürr insandır – Məhəmməd İqbal.

Azadlıq şüurlu və könüllü olaraq yaxşılığın seçimindən ibarətdir. Azadlıq istədiyimizi etmək gücü deyil, vəzifəmizi yerinə yetirə bilmək hüququdur - Lord Con Akton

Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik – Mustafa Kamal Atatürk.

Malik olduğun pul sənə azadlıq verir, alınca qaçdığın pul – səni kölə edir – Jan Jak Russo.

Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil – Avraam Linkoln.

Əsl azadlıq, başqaları kimi, ya da hər kəs kimi düşünməyə məcbur olmamaq azadlığıdır – Roza Lüksemburq.

Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz – Volter.

Azadlıq – 2 dəfə 2-nin 4 olduğunu demək imkanıdır. Əgər bu qadağan olunmayıbsa, yerdə qalanları düzələcək – Corc Oruell.

Bütün möhtəşəm şeylər sadədir və bəzən bir sözlə ifadə oluna bilir. Azadlıq, şərəf, borc, mərhəmət, ümid – Uinston Çörçill.

Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor  – Əli bəy Hüseynzadə.

Malik olduğun pul sənə azadlıq verir, alınca qaçdığın pul – səni kölə edir – Jan Jak Russo.

Azadlıqlar ümumiyyətlə birdən deyil yavaş–yavaş itirilər – Devid Yum.

Şəxsiyyətin azadlığı və vətəndaşın azadlığı heç də həmişə üst–üstə düşmür –Şarl Lui Monteskyö

Başqalarının azadlığını əlindən alanların özlərinin azad olmağa haqqı yoxdur – Avraam Linkoln

Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq – Əbülfəz Elçibəy

İnsanın simasını müəyyənləşdirən onun azadlığı yox, bu azadlığa özünün qoyduğu məhdudiyyətlərdir – Əbu Turxan

Qoyun və canavar «azadlıq» sözünü müxtəlif cür başa düşür, bu isə insan cəmiyyətində hökm sürən fikir ayrılığının mahiyyətidir – Avraam Linkoln

Azadlıq, istədiyinizi etmək deyil, istəmədiyinizi etməməkdi. – Jan Jak Russo

Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir – Mahatma Qandi

Azadlıq məsuliyyət gətirir. İnsanların çoxunun azadlıqdan qorxmasının səbəbi budur – Corc Bernard Şou

Vətən azadlıq olmadan, azadlıq fəzilətsiz, fəzilət isə vətəndaşsız mövcud ola bilməz. Əgər siz vətəndaş yetişdirsəniz, tərbiyə etsəniz, o zaman sizin hər şeyiniz olacaq, əks təqdirdə hamı, hətta dövlət başçısı belə miskin bir kölə olacaq– Jan Jak Russo

Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz – Məhəmməd Əmin Rəsulzadə

Səhv etmə imkanı olmasa, azadlığın qiyməti də olmayacaq – Mahatma Qandi
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar