Xalq artisti Nəzakət Teymurova Xalq artisti Arif Babayevin yeni görüntülərini paylaşıb.
Lent.az xəbər verir ki, xanəndə Arif Babayevin evində qonaq olub.
O bildirib ki, bir müddət əvvəl səhhətində problem olan və müalicə alan A.Babayev hazırda özünü yaxşı hiss edir.
Xatırladaq ki, bir müddət öncə xanəndə səhhətində yaranan problemlərə görə, xəstəxanaya yerləşdirilmişdi.