APA TV-nin filmləri Beynəlxalq Festivalın finalında
21 oktyabr 2022 13:03 (UTC +04:00)

APA TV-nin filmləri Beynəlxalq Festivalın finalında

APA Tv-nin istehsalı olan “Mətbuat günü” və “28 May” sosial çarxları 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Yerli müsabiqəsinin finalçıları sırasına düşüb.

Lent.az-ın xəbərinə görə, yerli müsabiqədə yarışacaq 40 ekran işinin 11-i bədii, 8-i sənədli, 11-i sosial çarx, 10-u isə tələbə filmidir.

Hər iki sosial çarxın ideya və ssenari müəllifi Orxan Məmmədli, rejissoru Ruslan Mollayevdir.

Qeyd edək ki, Ruslan Mollayevin “Sınaq” adlı digər işi də “Tələbə filmi” kateqoriyasında finalda yarışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1742

Oxşar yazılar