Yeniyetmə vaxtı qətl törədən və elə bu hadisəylə daha çox tanınan britaniyalı yazar Enn Perri vəfat edib.
Lent.az-ın xəbərinə görə, 85 yaşlı yazar infarkt nəticəsində ölüb.
Enn Perri 15 yaşı olarkən, yəni 1954-cü ildə xaricə köçməyə icazə vermədiyinə görə, anasına kərpiclə döyərək öldürüb. O, 5 il həbs cəzası çəkib. Həbsdən sonra kriminal hekayələr yazmaqla məşhurlaşıb.
Yazıçının həyatı barədə 1994-cü ildə “Cənnət məxluqları” adlı film çəkilib və “Oskar” mükafatı alıb.
1998-ci ildə Perri "Times" qəzeti onu kriminal janrın ən yaxşı 100 yazarından biri seçib.