Respublikanın Əməkdar Artisti Anar Şuşalı
23 dekabr 2020 19:02 (UTC +04:00)

Respublikanın Əməkdar Artisti Anar Şuşalı

Anar Şuşalıdan Cıdır düzündə möhtəşəm ifa-FOTO-VİDEO

Azərbaycanın məşhur vokalçısı, Respublikanın Əməkdar Artisti Anar Şuşalı dövlət tədbiri çərçivəsində işğaldan azad olunan Şuşa şəhərində olub. 
Lent.az-ın məlumatına görə, Şuşa şəhərində anadan olan əməkdar artist Cıdır düzünə gedərək yeni ucaldılan bayrağımızın yanında “Ölkəm” romansını ifa edib. 
Anar Şuşalı orada olduğu üçün Allah şükür edir:
“Uşaqlığımın keçdiyi yerdəyəm. Hələ də inana bilmirəm elə bilirəm ki, yuxudayam. Allah bu günləri bizə çox görməsin. Şiş ucları buludlarla döyüşən dağları görürsünüzmü? Şuşamdayam. Şükür ya rəbbim”.

Əməkdar artistin Şuşadan video və fotolentə çəkdiyi görüntüləri təqdim edirik. Fotolardan da göründüyü kimi, vokalçı Şuşada olan heyətlə birlikdə "Gövhər Aga" məscidini ziyarət edir, Cıdır düzündə qədəm qoyduğu torpağı öpür. 

# 6483
avatar

Oxşar yazılar