Müğənni və aktrisa Almaz Ələsgərli zəhərlənib.
Lent.az-ın xəbərinə görə, müğənni ötən həftəni bu səbəbdən yataqda keçirib və hələ də özünü pis hiss edir.
Onun qidadan zəhərləndiyi ehtimal olunur.
Almaz Ələsgərli hazırda Azərbaycan Dövlət Akademik Musiqili teatrında çalışır.