“Dublyor kimi oynadığım tamaşada məşqə gəlmədiyim üçün kateqoriyamı aşağı saldılar, söhbət Musiqili Teatrdan gedir”
Bu fikirləri Lent.az-a aktrisa Ülviyyə Əliyeva səsləndirib.
“Halbuki, öncə xəbərdarlıq, töhmət elan olunmalıydı. Nəticədə illərlə cırmaqlayaraq qazandığım kateqoriyamı aşağı saldılar. Və onda mən ərizəmi yazıb işdən çıxdım. 2 ildən sonra Musiqili Teatrın rəhbəri Əliqismət Lalayev geri qayıtmağım üçün xahiş elədi. Teatra qayıtdım, həm də teatr üçün çox darıxmışdım. Qayıdandan sonra Əliqismət müəllim söz verdi ki, fəxri ad da veriləcək. Amma verilmədi. Direktor dedi ki, səndən qabaq uzun müddət burda çalışan aktyorlar var, onlara verilməlidir. Sonradan gördüm ki, 4-5 il işləyən, bir neçə rol oynayan aktyora Prezident mükafatı verildi. Mən isə 23 ildir teatrda işləyirəm, əsas rolları ifa etmişəm”,- deyə o gileyini bildirib.