Son illər “Disney” şirkəti əvvəllər çəkilmiş cizgi filmlərinin remeyklərini, daha doğrusu bədii film versiyalarını çəkməklə məşğuldur.
Belə filmlərdən biri də 2024-cü ildə ekranlara çıxacaq “Ağbəniz və 7 cırtdan” filmi olacaq.
Lent.az-ın məlumatına görə, bu dəfə Ağbəniz roluna nağılda təsvir edildiyi kimi ağ bənizli, sarışın qız əvəzinə mulat çəkilib.
Nağılda Ağbənizin qara ürəkli analığı, kraliça onunla gözəllik uğrunda deyil, ədalət və hakimiyyət uğrunda mübarizə aparacaq.
Bu dəfəki qara Ağbəniz hakimiyyət, liderlik uğrunda mübarizə aparan cəngavər ruhlu qız olacaq. “Disney” Barbi fantaziyasını insanlığın başına bəla etdikdən sonra daha zərif, kövrək və ideal gözəllərə yox deyir.