Aftandil İsrafilovun  SON DURUMU
25 aprel 2023 12:27 (UTC +04:00)

Aftandil İsrafilovun SON DURUMU

Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Lent.az-a sənətkarın qızı Həcər xanım məlumat verib.

O qeyd edib ki, atasının vəziyyəti sabit ağır olaraq qalmaqdadır.  “Heydər Əliyev Fondu onun səhhətini daim nəzarətdə saxlayır. Buna görə Fondun Prezidenti Mehriban Əliyevaya minnətdarıq”, - o bildirib.

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı. O uzun müddətdir xəstəxanada müalicə alır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2514
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar