Ad günü olan Eldar Mansurovdan Novruz YENİLİKLƏRİ  olacaq
28 fevral 2023 14:03 (UTC +04:00)

Ad günü olan Eldar Mansurovdan Novruz YENİLİKLƏRİ olacaq

Bu gün bəstəkar, Xalq artisti Eldar Mansurovun 71 yaşı tamam olur. 

Yüzlərlə gözəl bəstəsiylə Azərbaycan mədəniyyətinə töhfələr vermiş bəstəkarımızı Lent.az olaraq biz də təbrik edib, özəl günündə ürək sözlərini eşitmək istədik.

“Ad günlərim mənim üçün xüsusi günlər deyil. Adi bir gündür. Bizim ailənin ənənəsi belədir ki, ad günlərini evdə qeyd edirik. Bir də mən  müğənni və ya aktyor deyiləm axı, şou xarakterli ad günü tədbiri keçirəm”,- deyə o bildirib.

Yeni yaşa yeni nəğmələrlə girən bəstəkar qeyd edib ki,  Novruz şənliyində Manananın, Ağadadaş Ağayevin, Mübariz Tağıyevin ifasında yeni mahnıları səslənəcək. Xalq artistinin bir neçə mahnısı da gənc ifaçılar tərəfindən təqdim olunacaq.

Eldar Mansurov nə müğənnilər, nə də öz bəstələri arasında ayrı-seçkilik etmir. Buna görə də, “Əsərlərinizi ən çox kimin ifasında dinləməyi sevirsiniz?” sualımıza cavab vermək istəmədi. Ən çox sevdiyi əsəri barədə suala da cavabı ümumi oldu: “Yazdığım əsərləri yaxşıya, pisə bölmürəm. Altında imzam varsa, hamısı əzizidir, hamısı əməyimin məhsuludur. Bundan sonra yazdıqlarım necə olacaq, seviləcəklərmi, insanlar tərəfindən qəbul olunacaqmı? Bunu deyə bilmərəm”.

Eldar Mansurov “Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 

Eldar Mansurovun "Bəhramnamə" əsəri atası, məşhur tarzən  Bəhram Mansurova həsr olunub. “Bəhramnamə"də səslənən hər bir kompozisiya Şərq və Avropa motivlərinin vahid bitmiş formasıdır. Bu əsərdə klassik Azərbaycan muğamı yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar