Xalq artisti: “Hərdən bu səssizlikdən qorxuram...”
13 aprel 2020 10:42 (UTC +04:00)

Xalq artisti: “Hərdən bu səssizlikdən qorxuram...”

Lent.az evdə karantin vaxtında olan sənət adamlarının vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Bu dəfəki müsahibimiz Gəncə Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Pərvanə Qurbanovadır.

"Hardasınız, Pərvanə xanım, necə keçir karantin günləriniz"sualına aktrisa cavabında deyib ki, evdə təkdir: "Bir qızım ailəlidir, Türkiyədə yaşayır, ikincisi Bakıda işləyir, mən Gəncədə yaşayıram. Günümü televizora baxmaqla keçirirəm. Teatrdan yeni pyeslər veriblər, onlara baxıram, üstündə işləyirəm yeni rollarımın. Həftənin beş günü hər axşam onlayn tamaşalarımız gedir”.

Aktrisa onu da əlavə edib ki, oturub əvvəlki tamaşalarına, rollarına baxır: "Həmkarlarıma analiz aparıram, bu rolu bir də oynasam daha hansı yenilikləri edərdim" deyib düşüncələrə dalıram. Ən çox internetdə, sosial şəbəkələrdə oluram".

Aktrisanın dediyinə görə “Yuxu kimi”serialı çəkilməsə də, çəkiliş qrupu evdən işlərini davam etdirir: “Vəziyyətlə əlaqədar dayandırılıb çəkilişlərimiz, amma biz boş dayanmırıq yenə. “Yuxu kimi” serialının ailəsi bir qrup yaratmışıq, hər axşam toplaşırıq, fikirlərimizi bölüşürük, müzakirələr aparırıq”.

Aktrisa deyir ki, vaxt o saatlarda çox xoş keçir deyir: “İki gündür Gəncədə dayanmadan yağış yağır, küçələr çox təmizlənib, hava da oksigenlə doludur. Şəhərdə bir sakitlik hökm sürür. Hərdən bu səssizlikdən qorxuram, yəqin tək olduğum üçün. Amma, inşallah, vaxt gələr bu da keçər”.

Xalq artisti optimist olduğunu bildirib: “Sizin yazılarınız oxuyuram, çox xoşlayıram sizin yazıları. İnşallah, bu qara bulud dünyamızın üzərindən, bəşəriyyətdən tez keçib getsin. Dünən siz bir söz işlətdiniz: "hərə bir fikir deyir, siz öz qəlbinizin səsini dinləyin, o nə deyirsə o olacaq, mənim qəlbim deyir ki, hər şey yaxşı olacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6996

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24