Xalq artisti Faiq Sücəddinov: “Evdə qalmaq mənim üçün çox çətindir...”
14 aprel 2020 10:31 (UTC +04:00)

Xalq artisti Faiq Sücəddinov: “Evdə qalmaq mənim üçün çox çətindir...”

Lent.az evdə karantin vaxtında olan sənət adamlarının vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Bu dəfəki müsahibimiz Xalq artisti, bəstəkar Faiq Sücəddinovdur.

"Necə keçir karantin günləriniz" sualına Faiq Sücəddinov dərhal "Mən də evdə qalmışam" cavabını verdi: “Yaxınlarım da evdədilər. Bu saat bütün dünya evdədir. Təbii ki, insan gəzməklə, görməklə, ünsiyyətlə yaşayır. Bu insan həyatının yaşam tərzidir.

Bu gün ondan məhrumuq. Ona görə ki, virus dünyanı alıb ağzıına. Biz, insanlıq yalnız evdə qalmaqla bu bəladan xilas ola bilər. Hansı ölkədə ki, karantin qaydalarına əməl olunmur, orda xəstəliyin tempi yüksəlir”.

Bəstəkar deyir ki, ev şəraitində olmaq onun üçün çox çətindir: “Təbii ki, işimlə məşğul oluram, amma hamımız üçün çətin dövrdür. Hamımız üçün çətin olduğuna görə də gəlin birlikdə bunun öhdəsindən evdə oturmaqla gələk”.

Sənətkar bu gün virusla mübarizədə ön sırada, iş başında olanlara təşəkkürünü çatdırmağı xahiş etdi: “Səhiyyə işçilərimizə minnətdaram. Həkimlərə, tibb bacıraına. Tibb xadimələrinə çox minnətdaram. Bu gün onlar qabaq cərgədə dayanıblar bu virusla mübarizədə. 24 saat o qoruyucu paltarlarda çətindir. Amma dözürlər. Aptek işçilərinə təşəkkür edirəm. Televiziyalarımız sağ olsun.

Bu gün biz evdəyik, bizim təhlükəsizliyimiz üçün əmək sərf edən hər kəsə minnətdaram”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3742
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar