Türkiyə-Azərbaycan həmrəylik konserti keçirilib
08 avqust 2020 18:39 (UTC +04:00)

Türkiyə-Azərbaycan həmrəylik konserti keçirilib

Türkiyə paytaxtı Ankarada “Azərbaycan həmrəylik gecəsi” devizi altında möhtəşəm konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Ankaranın Keçiörən rayon bələdiyyəsi tərəfindən təşkil olunan proqramda Azərbaycan Xalq artisti Azərin və görkəmli sənətçi Elif Özer musiqisevərləri bir araya gətiriblər.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok və Türkiyə Böyük Millət Məclisinin deputatı Zeynep Yıldız rəsmi hissədəki çıxışlarında Azərbaycan-Türkiyə qardaşlığından danışıblar.

Görkəmli sənətçilərin ifaları musiqisevərlərdə xoş duyğular yaradıb. İfalar hərarətli alqışlarla qarşılanıb. Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən şüarlar səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3739
avatar

Oxşar yazılar