Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov tutduğu vəzifədən azad edilib.
APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.
Qeyd edək ki, M. Şükürov 2015-ci il noyabr ayından Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi, daha sonra isə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışırdı.
O, Azərbaycan Prezidentinin 2008-ci il sentyabrın 25-dəki sərəncamı ilə Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.
Onun yerinə hələlik təyinat olmayıb.