Rejissor Cavid Təvəkkül: “Karantini atamla birgə keçiririk, enerji yığırıq"
15 aprel 2020 10:52 (UTC +04:00)

Rejissor Cavid Təvəkkül: “Karantini atamla birgə keçiririk, enerji yığırıq"

Lent.az evdə karantin vaxtında olan sənət adamlarının vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Budəfəki müsahibi əyalət teatrından seçmişik. Oradakı sənətkarlar necə keçirir bu günləri? Həmsöhbətimiz Mingəçevir Dram Teatrının rejissoru Cavid Təvəkküldür.

- Əyalət şəhərində karantin neçə keçir?

- Evdə, yəqin hər yerdə eynidir. Karantin günlərində atam aktyor Təvəkkül Əhmədovla birlikdə evdə oturmuşuq, kİnolara baxırıq, kitab oxuyuruq, sonra müzakirə edirik. Çalışırıq xəbərləri qaçırmayaq,  bütün telekanallarda xəbərlərə baxırıq.  Eyni xəbərlərlə, fərqli fikirlərlə tanış oluruq, yeni dövrün insanı ola bilmək üçün gərək dünyada baş verən proseslərdən xəbərdar olaq.

- Yəqin zəruri alış-veriş üçün evdən siz çıxırsınız?

- Təbii, atamın 70 yaşı var. Hərdən ərzaq, atama dərman almaq üçün SMS-lə icazə alıb bayıra çıxıram.

Mingəçevir Dövlət Dram Teatrının reperturaına salınmış “Apardı sellər Saranı” tamaşasının onlayn, masa arxası məşqlərini aparırıq. Maraqlı və əyləncəli alınır. Düzdür, çətin olur, ağır əsərdir xalq dastanı əsasında, amma maraqlı alınır.

- Premyeranız da karantin ucbatından təzxirə düşdü...

- Doğrudur, amma mən bunu talehə, qismətə yazmıram, çünki tək mənim başıma gəlməyib. Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu”nu hazırlamışdım, premyera təyin olundu, karantin başlandı. Yəqin ki, mənim vəziyyətimdə olan insanlar çoxdur dünyada. Ümid edirəm, tezliklə qurtular bu virus pandemiyası, premyeramızı edərik.

Bakıdakı yazar, aktyor dostlarla görüntülü danışırıq. Burdakılarla, uşaqlıq dostlarımla onlayn ünsiyyət qururuq. Düşünrəm ki, enerji yığırıq və səbirslizliklə bu halın bitməsini gözləyirik.

Ata-bala baş-başa verib biş-düş də edirik özümüz üçün. Günlərimiz belə keçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3779
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar