Ordumuz bu mifi darmadağın etdi - Şəfiqə Məmmədova
11 noyabr 2020 15:04 (UTC +04:00)

Ordumuz bu mifi darmadağın etdi - Şəfiqə Məmmədova

Sentyabrın 27-dən başlayaraq Şanlı Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr ermənilərin yaratdıqları “məğlubediməz ordu” mifini darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza sonsuz sevinc hiss bəxş etdi. Qarabağın azadlığı uğrunda ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, Qarabağın keçilməz dağlarında qanları ilə tarix yazdı. Torpaqlarımız doğma Azərbaycanına qovuşdu. Dədə-baba torpaqlarımız erməni vandallarının əsarətindən azad olundu.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, professor Şəfiqə Məmmədova bildirib.

Xalq artisti daha sonra deyib: “Mən öz sevinc hisslərimi ifadə edə bilmirəm. Qarabağ mənim ürəyimdədir. Belə bir tarixi gün yaşadığıma görə çox sevinirəm. Hələ qədim dövrlərdən üzü bu torpaqlar mədəniyyətimizə, ədəbiyyatımıza böyük şəxsiyyətlər bəxş edib. Şuşa "Azərbaycanın konservatoriyası" adlandırardılar. Bu da səbəbsiz deyildi. Qızıl səsli xanəndələrin, söz-sənət sahiblərinin, musiqiçilərin vətəni sayılan Şuşa ruhumuzun daim can atdığı möhtəşəm bir ünvan idi. Şükürlər olsun ki, ən böyük arzumuz, gerçək oldu. Bizim üçün Azərbaycanın hər yeri Vətəndir, lakin doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir. Bu sevinc hisslərini bizə bəxş etdiyinə görə şanlı Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1099
avatar

Oxşar yazılar