İspaniyalı aktyor Antonio Banderas yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın xəbərinə görə, aktyor bu barədə özünün “Twitter” hesabında yazıb.
A. Banderas COVID-19 testinin pozitiv çıxdığını bildirib.
“Özümü nisbətən yaxşı hiss edirəm, sadəcə bir qədər yorğunam. Əminəm ki, tezliklə sağalacağam”, - aktyor vurğulayıb.
Qeyd edək ki, bu gün A. Banderasın 60 yaşı tamam olur.