Kino ulduzu karantini pozdu və məhkəməyə düşdü
08 aprel 2020 13:25 (UTC +04:00)

Kino ulduzu karantini pozdu və məhkəməyə düşdü

Nigeriyalı aktrisa Funke Akindele evində çox sayda insanla gecə təşkil etdiyinə görə həbs olunub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, əvvəlcə evdə qalmağa çağırış edən aktrisa ikiüzlülükdə günahlandırılıb: o, əvvəlcə evdə oturub gigiyena qaydalarına riayət etməyə çağırıb, sonra birdən ərinin doğum günü şərəfinə "ziyafət" hazırlamağa qərar verib.

Bununla yanaşı, qonaqlar necə rəqs etdiklərini və əyləndiklərini göstərən video çəkərək şəbəkəyə yerləşdiriblər. 

Məhkəmədə aktirsa və əri karantini pozduğuna görə özlərini günahkar sayıblar. Onlar 260 dollar cərimələniblər və 14 gün ictimai işə cəlb olunublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470
avatar

Oxşar yazılar