Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi elan etdi
17 aprel 2020 15:41 (UTC +04:00)

Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi elan etdi

0

Çingiz Mustafayev adına Fond Milli qəhrəmanın 60 illik yubileyi münasibətilə hərbi vətənpərvərlik mövzusunda “Hərb tariximiz” adlı yazı müsabiqəsi elan edir. 

Lent.az xəbər verir ki, mükafatlandırma iyunun 15-də, Çingiz Mustafayevin anım günü keçiriləcək. Müsabiqə fondu zəngindir.

I yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və fotokamera

II yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və “Caran d’Ache qələmi

III yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və əksi olan ZİPPO alışqanı

Həvəsləndirici mükafat (3 yer) - Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış ZİPPO alışqanı

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

• Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.

• Müsabiqəyə 2020-ci il aprel ayının 30-dan may ayının 30-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

• Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

• Yazılarda işarə məhdudiyyəti yoxdur.

• Yazıda “Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "Hərb tariximiz" mövzusunda elan etdiyi yazı müsabiqəsinə təqdim olunur" qeydi olmalıdır.

Qeyd:  Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərt deyil.

III. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar aşağıdakı e-mailə göndərilməlidir:

[email protected]

Təqdimat məktubunda yer almalıdır:

• yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı;

• yazı təqdim edən şəxsin fotosu;

• müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);

• yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link.

Əlaqə telefonu:

(012) 345 45 08

(051) 206 42 70

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4556

Oxşar yazılar