Bulvarda Azərbaycan filmləri: Saat 19-dan sonra...
09 sentyabr 2020 16:51 (UTC +04:00)

Bulvarda Azərbaycan filmləri: Saat 19-dan sonra...

“Axşamlar bulvarda gəzərkən yolunuzu Kukla Teatrının arxasında yerləşən böyük monitorun olduğu meydançadan da salın. Çünki sentyabrın 8-dən bu meydançada milli filmlərimiz nümayiş olunmağa başlayıb”.

Bu barədə Lent.az-a Dənizkənarı Bulvar İdarəsi mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat verib. Onun sözlərinə görə, bu layihənin məqsədi milli filmlərimizin unudulmaması, mədəniyyətimizin təbliğ olunmasıdır:

“Belə qərara gəldik ki, klassik Azərbaycan filmlərini bulvarda yerləşən monitorda nümayiş etdirək. Məqsəd milli mədəniyyətimizi təbliğ etməkdir. Bu, sosial bir layihədir. Ərazidə oturacaq qoyulmayıb. Sadəcə olaraq iri monitorda filmlər nümayiş olunur. Dünəndən start verdiyimiz bu layihədə hər gün bir filmin nümayişi nəzərdə tutulub. Filmlər axşam saat 19:00-dan sonra başlayır”.  

Nəzərə alsaq ki, pandemiya səbəbi ilə bütün kinoteatrlar bağlıdır, o zaman atılan addım təqdirəlayiqdir. Uşaqlıqdan bəri hər birimizin sevdiyi kinoları izləmək istəyənlər gəzinti zamanı burada ayaq saxlaya bilərlər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3145

Oxşar yazılar